• youreads puanı (10.00)
  1. bir axşam taksidən düşüb payıza
    bilmədik haraya, hayana gedək
    bir axşam taksidən düşüb payıza
    bilmədik haraya, hayana gedək
    bahar həsrətiylə payız axşamı
    yenə həzin-həzin titrədi ürək
    bahar həsrətiylə payız axşamı
    yenə həzin-həzin titrədi ürək

    yağışın əlindən qaçıb bir küncə
    dayandıq üzümüz dənizə sarı
    yağışın əlindən qaçıb bir küncə
    dayandıq üzümüz dənizə sarı

    yenə tapılmadı payız gəlincə
    o uzaq günlərin itmiş açarı
    yenə tapılmadı payız gəlincə
    o uzaq günlərin itmiş açarı