• youreads puanı (7.00)


  1. kelimelere lütûf olsun diye şiir yazan fuzulî'nin şiirini âzeri müziğinin üstadlarından gülağa memmedov seslendiriyor. şiirin sözleri şöyle:

    pənbeyi-daği-cünun içrə nihandır bədənim,
    diri olduqca libasım budur, ölsəm, kəfənim.

    canı canan diləmiş, verməmək olmaz, ey dil!
    nə niza eyləyəlim, ol nə sənindir, nə mənim.

    daş dələr ahim oxu, şəhdi-ləbin şövqindən,
    nola zənbur evinə bənzəsə beytülhəzənim.

    tövqi-zənciri-cünun daireyi-dövlətdir,
    nə rəva kim, məni ondan çıxara zəfi-tənim.

    eşq sərgəştəsiyəm, seyli-sirişk içrə yerim,
    bir hübabəm ki, həvadən doludur pirəhənim.

    bülbüli-qəmzədəyəm, bağü bəharım sənsən,
    dəhənü qəddü rüxün, qönçəvü sərvü səmənim.

    edəmən tərk füzuli, səri-kuyin yarın,
    vətəniмdiг, vətəniмdiг, vətəniмdiг, vətənim.